ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər

ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər
02:49 22-10-2019 | icon 56

Lazım olan təqdirdə ABŞ Türkiyəyə qarşı hərbi güc işlətməyə hazırdır.

CNBC xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

Onun sözlərinə görə, ABŞ müharibənin yox, sülhün tərədarıdır.

“Lakin bizdən dinamika və yaxud hərbi güc nümayişi lazım gələrsə, prezident Tramp buna tam hazırdır”, - deyə Ağ Ev rəsmisi bildirib.

O qeyd edib ki, hələlik Türkiyəyə qarşı iqqtisadi və diplomatik mexanizmlər tətbiq olunacaq.

“Bu bizim üşün daha əlverişlidir”, - Pompeo fikrini belə tamamlayıb.