Xızıda “VAZ-2107” ilə “QAZel” toqquşub, xəsarət alan var - FOTO

Xızıda “VAZ-2107” ilə “QAZel” toqquşub, xəsarət alan var - FOTO
23:56 21-10-2019 | icon 77

Xızıda yol qəzası baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonu Yaşma qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “QAZel” markalı maşınla toqquşub.

“QAZel” markalı avtomobilin sürücüsü Rzayev Elbəyi Əhməd oğlu bildirib ki, avtomobilində nasazlıq yaranıb. Buna görə də o, yolda asta sürətlə hərəkət edib. Bu zaman isə arxadan gələn “VAZ-2107” markalı avtomobil maşınına çırpılıb.

Nəticədə “VAZ-2107”nin sürücüsü ağır xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.