Şəkidə 9 nəfərlik ailə 1 otaqlı daxmada yaşayır – Foto

Şəkidə 9 nəfərlik ailə 1 otaqlı daxmada yaşayır – Foto
16:35 17-07-2019 | icon 373

Şəki sakini Baba Salamov dövlət qurumlarına dəfələrlə müraciət etsə də dərdinə çarə tpan , problemi ilə maraqlanan olmayıb. O da son ümidini bağlayıb media vasitəsi ilə dövlət başçısından yardım almağa. Baba salamovun şikayət məktubunu təqdim edirik:

“Mən, Salamov Baba hazırda 30 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur.Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ğlməmək üçün yaşayırıq.Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməkli etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tuan da olur, məsxərəyə qoyub gülənlər də.

Sekide Babanin evi 999

Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım. Doğudur, kənddəki evimizdən 20 km kənarda pay torpağımız olsa da imkansızlıqdan gedib gələ, əkib becərə bilmirik. Sadəcə icarəyə verib, hər il 300 manat pul alıram. Vəssəlam.

Dəflərlə evimin otağının genişlənməsi üçün Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm.Dəfələrlə, rayon Məşğulluq İdarəsinə gedib gəlmişəm ki, qoy gəlib öz gözlərilə əvvəlcə görsünlər sonra ünvanlı sosial yardım ayırsınlar. Amma nə fayda. İndi hər yerdən ümidimi üzüb dərd-qəmlə evimdə oturub özümə sakit ölüm arzulayıram. Digər tərəfdən uşaqların gələcək taleyi məni narahat edir.

İndi düşünürəm ki, son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Mən də həmişə hər səsvermədə camaatımızı ona səs verməyə dəvət etmişəm. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki, Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmə ünvanlı sosial yardımın verilməsində köməklik göstərilməsi barədə göstəriş verəsiniz.
Hörmətlə, 9 nəfərlik ailənin əlacsız başçısı Baba Salamov mob. 0553501596.”

Azərbaycanda Baba Salamovun vəziyyətində olan yüzlərlə ailə var. Ünvanlı sosial yardım isə ehtiyacı olan bir çox aiələr n üçün dönüb olub yetimə vəd edilən yağlı əppəyə. Adı var özü yoxdur.

Sosiaoloq Əhməd Qəşəmoğlu Bizimyol.info saytına verdiyi açıqlamada bildirdi ki, ünvanlı sosial yardımın verilməsi proqramındakı nöqsanlarla bağlı dəfələrlə nazirliyə rəy və tövsiyələrini bildirib:

“Ünvanlı sosial yardımın verilmə mexanizmində böyük atışmazlıqlar var normal məntiqlə hazırlanmayıb.Mənə belə gəlir ki, nazirlikdən kənarda müəyyən komisiya yaradılmaldır, bu komissiyaya qabaqcıl jurnalistər, QHT nümayəndələri daxil edilməlidir və onlar şikayətçinin şikayətinə yerində baxmalıdırlar. Çünki formal meyarlara qalsa gərək heç kim yardım ala bilməyə. Söhbət isə ehtiyac içərisində olan ailədən gedir. İndiki vaxtda bu ailə lap gedib nazirliyə çıxsa belə ona sadəcə bir cavab veriləcək-meyarlarımıza uyğun deyil. Bölglərdə razılaşmalar olur, məmurlarla ailələr arasında. Rüşvət alanlar da var, qohumbazlıq edənlər də. Desəniz nazirlik hay-küy salacaq ki, “sübut edin”. Sübuta nə gərək var, yaşadıqları villalara, oturduqları maşınlara nəzər salmaq kifayət edir. Yəni yarıtmaz vəziyyət davam edir. Yenə deyirəm, təbii ki, meyarlar olmalıdır, lakin xüsusi komisisyanın yaradılması vacibdir”.