İntiharların sayına görə Azərbaycan neçənci yerdədir? 

İntiharların sayına görə Azərbaycan neçənci yerdədir? 
10:45 24-01-2019 | icon 495

Postsovet ölkələrindən Tacikistan və Azərbaycanda intihar nadir hallarda baş verir. Bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi ölkələrdə psixi sağlamlıq xidmətləri və resursları haqqında hesabatına uyğun hazırlanıb.

milletinsesi.info xəbər verir ki, təşkilatın hazırladığı məlumatlara uyğun olaraq, Media.Az postsovet ölkələri arasında hər 100 min nəfərə düşən intiharların sayına görə siyahısını hazırlayıb.

İnformasiya BMT-nin səhiyyə sahəsindəki mütəxəssisləri tərəfindən ÜST-ün “Psixoloji sağlamlıq xəritəsi, 2017-ci il” layihəsi çərçivəsində təqdim edilib. 

Məlumatlara görə, postsovet ölkələrindən ən çox intihar halları Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd halları isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir. 

Ən çox intihar hallarının qeydə alındığı postsovet ölkələri siyahısında Ukrayna (22,4) üçüncü, Latviya (21,2) dördüncü, Estoniya (17,8) beşinci yerləri tutub. Beşinci yerdə Moldova (15,9) qərarlaşıb. Gürcüstan (8,2) və Ermənistan (6,6) isə yeddinci və səkkizinci yerləri bölüşür. 

Nəhayət, siyahının son yerlərini Azərbaycan (2,6) və Tacikistan (2,5) tutub. 

Material hazırlanan zamanı Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan siyahıya salınmayıb. 

İntiharların sayına görə postsovet ölkələrinin onluğu:

Litva (hər 100 min nəfərə 31,9)
Rusiya (31)
Ukrayna (22,4)
Latviya (21,2)
Estoniya (17,8)
Moldova (15,9)
Gürcüstan (8,2)
Ermənistan (6,6)
Azərbaycan (2,6)
Tacikistan (2,5)